Əhaliyə xəbərdarlıq: Dolu düşəcək,qar yağacaq
01 Aprel 2025, 16:21
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
845
24.02.2025, 15:59
Ali Məhkəmə əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilərə münasibətdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.
Ali Məhkəmədə baxılan işin hallarına görə, işçi (iddiaçı) poliklinikaların birində həkim-mütəxəssis vəzifəsində işləyib.
Poliklinikanın 17.05.2022-ci il tarixli əmri ilə iddiaçı Əmək Məcəlləsinin 72-ci maddəsinin «f» bəndinə (iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara yol verməsi) göstərilən hallar nəzərə alınmaqla, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək funksiyası üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən işdən azad edilib. Həmçinin işin halları ilə müəyyən olunur ki, iddiaçı barəsində cinayət təqibi başlanıb, sonra onun əməlində cinayət tərkibinin əlamətləri olmadığı müəyyən edilərək barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokola mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi onun barəsində üç ay müddətinə inzibati həbs tətbiq edib. O, həbs olunduğu tarixdən etibarən işə çıxmayıb, əmək funksiyalarını yerinə yetirməyib, onun həbs olunması müəyyən olunduğu andan isə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərək, tutduğu vəzifədən azad edilib. İddiaçı məhkəməyə müraciət edərək, işdən çıxarılmasına əsas olan əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini xahiş edib.
Birinci instansiya məhkəməsi iddiaçının şikayətini təmin edərək, mövqeyini belə əsaslandırıb ki, iddiaçının himayəsində 1-ci dərəcə əlil olan anası olduğundan əmr ləğv edilməli və iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməlidir. Sonra cavabdeh qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətini qismən təmin edib. Daha sonra cavabdeh kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
Kassasiya instansiya məhkəməsinin mövqeyində bildirib ki, işçinin iş yerində inzibati xətanın əlamətləri olan hərəkətlər etməsi nəticəsində onun təqsirliliyi müəyyən edildiyi halda işəgötürənin onunla əmək müqaviləsinin davam etdirilməsinə məcbur edilməsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsinə dair təməl prinsipinin pozulmasına səbəb olur.
Həmçinin oxuyun
Baxılan iş üzrə isə iddiaçının iş yerində qanunla qadağan olunan hallara yol verməsinin (Ona müraciət edən şəxslərin etibarından sui-istifadə etməklə aldatma yolu ilə pulun ələ keçirilməsi), əlilliyi müəyyən edilmiş ailə üzvünə qulluq etməsi ilə hər hansı bağlılığı yoxdur. Belə olan halda isə apelyasiya instansiya məhkəməsinin iddiaçını qoruma altında olan şəxs kimi qiymətləndirərək onun iddiasını qismən təmin edərək əvvəlki vəzifəsinə bərpa edilməsinə dair mövqeyi bu qərarın əsaslandırıcı hissəsində istinad olunanlar baxımından ədalətli və qanuni hesab edilə bilməz.
İşçinin iş yerində inzibati xətanın əlamətləri olan hərəkətlər etməsi nəticəsində onun təqsirliliyi müəyyən edildiyi halda işəgötürənin onunla əmək müqaviləsinin davam etdirilməsinə məcbur edilməsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsinə dair təməl prinsipinin pozulmasına səbəb olur. İşçinin əmək funksiyasının və vəzifələrinin icrası zamanı Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilən kobud pozuntulara yol verməsi vəziyyətində işəgötürən əmək münasibətlərinə son qoymaq hüququna malikdir.
Lakin bu zaman baş vermiş hadisə ilə qoruma altına alınmış hallar arasında səbəbli əlaqənin mövcudluğu mütləq müəyyən olunmalıdır. Belə səbəbli əlaqənin mövcudluğunun sübut edilməməsi halında Əmək Məcəlləsinin 79-cu maddəsinə istinad edilməklə işəgötürənin hüquqlarının məhdudlaşdırılması əmək münasibətlərində bərabər olmayan mühit yaratmış olur. Belə olan halda isə apellyasiya instansiyası məhkəməsinin iddiaçını qoruma altında olan şəxs kimi qiymətləndirərək onun iddiasını qismən təmin edərək əvvəlki vəzifəsinə bərpa edilməsinə dair mövqeyi bu qərarın əsaslandırıcı hissəsində istinad olunanlar baxımından ədalətli və qanuni hesab edilə bilməz.
Bir normanın tətbiqi digər normanın tətbiqini ümumiyyətlə mümkünsüz və əhəmiyyətsiz edə bilməz. Yəni, Əmək Məcəlləsinin 79-cu maddəsi işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziya dəyməsi ilə nəticələnən hərəkətlərə yol verilməsi zamanı 70-ci maddənin “ç” bəndinin tətbiqi məhdudlaşdırıla bilməz.
Bu baxımdan Ali Məhkəmənin Mülki kollegiyasının qərarı ilə kassasiya şikayəti təmin edilib. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv olunub, iş üzrə yeni qərar çıxarılıb.
16:52 / 01 Aprel 2025
Sumqayıtda faciə: Sürücü öldü
1
16:21 / 01 Aprel 2025
Əhaliyə xəbərdarlıq: Dolu düşəcək,qar yağacaq
107
16:03 / 01 Aprel 2025
Nigar Fərhadla bağlı qərar verildi
378
15:59 / 01 Aprel 2025
Xocavənddə partlayıcı qurğu aşkarlanıb
27
15:55 / 01 Aprel 2025
İmran Xan Nobel mükafatına namizəd olub
26
15:22 / 01 Aprel 2025
Sevda Sarıyeva işdən çıxarıldı
381
15:09 / 01 Aprel 2025
Vətəndaş evinə pəncərədən daxil olub? - Rəsmi cavab
56
15:05 / 01 Aprel 2025
Rusiya ABŞ və İrana dialoq qurmaqda kömək etmək istəyir
44
14:59 / 01 Aprel 2025
Ukrayna və ABŞ danışıqlara başlayıb
44
14:55 / 01 Aprel 2025
Çin sanksiyalara məruz qalıb
45
14:46 / 01 Aprel 2025
Prezidentdən 5 milyonluq - Sərəncam
516
14:20 / 01 Aprel 2025
Fransada genişmiqyaslı etirazlara çağırış
43
14:10 / 01 Aprel 2025
Lavrov tarixi açıqladı
54
13:55 / 01 Aprel 2025
Yarasa balası — maraqlı FOTO
74
13:54 / 01 Aprel 2025
İsmayıllıda yol qəzası olub, ölən və xəsarət alanlar var - FOTO
51
13:49 / 01 Aprel 2025
Vəkil azadlığa çıxdı
64
13:23 / 01 Aprel 2025
Xüsusi təqaüdlər veriləcək — SƏRƏNCAM
1444
13:01 / 01 Aprel 2025
Baş nazir yeni qərar imzaladı
697
12:55 / 01 Aprel 2025
Finlandiya prezidenti Rusiya ilə münasibətlərin bərpasından danışır
58
12:27 / 01 Aprel 2025
Tramp ABŞ-ın nüvə zəifliyi barədə məlumat verib
63
12:19 / 01 Aprel 2025
Bu şəxslərin təhsilhaqqını dövlət ödəyəcək
100
12:15 / 01 Aprel 2025
Estoniya Ukraynadan olan qaçqınları "sıxır"
79
12:15 / 01 Aprel 2025
Bu gün Dünya Gülüş Günüdür
69
11:51 / 01 Aprel 2025
Məhkəmə Ramiz Mehdiyevin qızı ilə bağlı qərar verib
920
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.